22 Avqust 2022 19:00
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva Ukraynada müharibəyə son qoymaq üçün diplomatik həll imkanını görmür və münaqişənin uzanacağını gözləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Gennadi Qatilov deyib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenski arasında birbaşa danışıqlar olmayacaq. Eyni zamanda, rusiyalı diplomat iddia edir ki, ABŞ və digər NATO ölkələri Ukraynaya danışıqlardan yayınması üçün təzyiq göstərirlər.

“Hazırda diplomatik təmaslar üçün heç bir imkan görmürəm. Münaqişə nə qədər uzun davam etsə, diplomatik həll yolu tapmaq da bir o qədər çətin olacaq”, - Qatilov bildirib.

Rusiyalı diplomat həmçinin BMT-nin Moskva və Kiyev arasında vasitəçi kimi mümkün rolunu rədd edərək, təşkilatı müharibəni siyasiləşdirməkdə və öz nüfuzunu şübhə altına almaqda ittiham edib:

“Dünya dəyişib və BMT heç vaxt əvvəlki kimi olmayacaq. Məncə, taxıl sazişi onların vasitəçilik cəhdində praktiki rol oynadığına dair yeganə nümunədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər