Britaniya Mühafizəkarlar Partiyasının yeni rəhbərinin və Böyük Britaniyanın Baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq.
Teleqraf.com xəbər verir ki, bu, Mühafizəkarlar Partiyasının sədri Endryu Stivensonun digər rəsmilərə ünvanladığı məktubundan məlum olub.
Məktubda qeyd olunub ki, yeni hökumət başçısının adı “Westminster Central Hall”da açıqlanacaq.
Mühafizəkarların yeni rəhbəri sentyabrın 6-da Boris Consonu əvəzləyəcək.
Bundan əlavə, sentyabrın 7-də Mühafizəkarlar Partiyasının rəhbəri Leyboristlərin lideri Sayrus Starmerlə görüşəcək.