23 Avqust 2022 00:56
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada "Süd-Fransilyen" xəstəxana kompleksinin informasiya şəbəkəsi haker hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, hücum bazar gününə keçən gecə qeydə alınıb. Hücum nəticəsində ötən gün ərzində xəstəxananın məlumat şəbəkəsinin işi tamamilə pozulub.

Bununla əlaqədar olaraq xəstəxanada müalicə olunan xəstələr bölgədəki digər müəssisələrə köçürülüb. Bir sıra planlaşdırılmış cərrahiyyə əməliyyatları təxirə salınıb.

Hazırda mütəxəssislər hücumun fəsadlarının aradan qaldırılmasına çalışır.

Eyni zamanda, hakerlərin sistemin işinin bərpa olunması üçün 10 milyon dollar tələb etdiyi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər