23 Avqust 2022 08:18
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden vəzifəyə gəldiyi gündən 228 gün məzuniyyətdə olub.

Teleqeaf.com xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının Milli Komitəsinin "Twitter" səhifəsindəki paylaşımda deyilir.

"Bu gün Co Baydenin təkcə bu il məzuniyyətinin 93-cü günüdür. C.Bayden vəzifəyə gəldikdən sonra 228 gün məzuniyyətdə olub", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, Co Bayden vəzifəsinin icrasına 20 yanvar 2021-ci ildə başlayıb. Beləliklə, o, 19 ay və ya təsminən 580 gün ABŞ dövlət başçısı postundadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər