23 Avqust 2022 10:20
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xersonun azad edilməsi Rusiya ordusu və elitasında zəncirvari çaxnaşmaya səbəb olacaq. Bu, Putin hakimiyyətinin sonu ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı politoloq Taras Zaqorodnı deyib.

Onun proqnozuna görə, yeni rus elitası əvvəlkilərdən nə yaxşı, nə də pis olacaq, amma danışıqlar aparmağa çalışacaq və bununla da Ukraynadakı müharibə ilə bağlı prosesi yenidən başladacaq:

“Vaxt çərçivəsinə gəlincə, optimist ssenariyə görə, altı ay çəkəcək. Ancaq sabah Putin gözlərini yumarsa, proses 4 aya qədər çəkə bilər. Pessimist ssenariyə görə, gələn ilin yayına qədər”.

Zaqorodnı vurğulayıb ki, proses Krım və Donbası məsələlərini də əhatə etməlidir:

“Mən nə Krım, nə də Donbasla bağlı güzəşt istəyi görürəm. Bu o deməkdir ki, söhbət bütün ərazilərin, o cümlədən Krımın işğaldan azad edilməsindən gedir. Ukrayna xalqının əhval-ruhiyyəsi belədir: bu müharibəni gələcək nəslə saxlamaq olmaz. Çünki bu, sağ qalmaq uğrunda gedən savaşdır və Rusiya dayanmayacaq. Nə qədər ki, Ukrayna cəmiyyətində belə bir konsensus var, müharibəni bütün Ukrayna əraziləri azad edilənədək davam etdirmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər