Gün ərzində Luqansk vilayətində dörd istiqamətdə Rusiya qoşunlarının hücumu dəf edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Luqansk regional administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Gün ərzində düşmənin dörd istiqamətdən hücumu dəf edilib. Düşmən bütün istiqamətlərdə ağır itki verərək geri çəkilməyə məcbur edilib”, - Qayday bildirib.
Onun sözlərinə görə, Luqansk sakinlərindən 14-18 yaşlı uşaqların yoxa çıxması ilə bağlı şikayətlər də çoxalıb.