23 Avqust 2022 13:40
1 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dolayı yolla Zaporoje vilayətinin “müstəqilliyini” elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

“Bölgədəki işğalçı rejimin başçısı Yevgeni Balitski “sərəncam” imzalayıb. Buna əsasən, işğal olunmuş Zaporoje vilayətinə gələn Ukrayna vətəndaşları “Rusiya qanunvericiliyinə əsasən müvəqqəti sığınacaq istəyən şəxslər” kimi tanınırlar”, - hesabatda bildirilir.

“Sərəncam” Zaporoje vilayətinin işğal olunmuş ərazilərinə gələn şəxsləri qeydiyyata alınmasını və “vətəndaşlığı olmayan şəxslər”ə müvəqqəti şəxsiyyət vəsiqələrinin verilməsini tələb edir. Həmin şəxslər “müvəqqəti sığınacaq” üçün müraciət etdiklərinə dair sübutlar təqdim etdikdə qeydiyyatdan keçə bilərlər.

“Rusiya bu yolla Zaporoje vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinə daxil olan ukraynalıları “qaçqın” kimi tanımağa çalışır. Balitskinin “əmri” Zaporoje vilayətinin Vasilivka keçid məntəqəsi vasitəsilə işğal olunmuş Xerson vilayətinə gedən Ukrayna vətəndaşlarına da şamil ediləcək”, - hesabatda qeyd olunur.

“Sərəncam” faktiki olaraq, Rusiyanın Zaporoje vilayətini “müstəqil subyekt” kimi tanıdığını göstərir.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın işğal edilmiş Luqansk, Donetsk və Xerson vilayətlərində "xalq respublikaları" elan edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər