Polşa Prezidenti Anjey Duda Kiyevə gəlib. Onun Krım Platformasının 2-ci sammitində iştirak edəcəyi bildirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşa dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Açıqlamada deyilir ki, Duda Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə Kiyevə gəlib.
Bundan əlavə, səfər zamanı prezidentlər və nümayəndə heyətləri arasında Ukraynadakı vəziyyət, hərbi, iqtisadi və humanitar aspektlərdə dəstək, ikitərəfli əməkdaşlıqla bağlı ikitərəfli danışıqlar aparılacaq.
Bu, Anjey Dudanın fevralın 24-dən sonra Ukraynaya üçüncü səfəridir.
Xatırladaq ki, bu gün Krım Platformasının ikinci sammiti keçiriləcək. Bu, Rusiya tərəfindən işğal olunmuş yarımadanın azad edilməsi üzrə iş üçün beynəlxalq müzakirə və danışıqlar platformasıdır.