23 Avqust 2022 14:08
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ordusunun (SEPAH) Quru Qoşunlarının yüksək vəzifəli hərbçisi general Əbülfəzl Əlicani Suriyada öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın ingilisdilli xəbər kanalı PRESS TV məlumat yayıb.

Mənbə Əlicanini “Əsəd rejiminin hərbi müşaviri” kimi təqdim edib.

İranlı generalın dünən Suriyada həyatını itirdiyi bildirilib.

İsfahan şəhərindəki Hərbi Elmlər Universitetində də xidmət edən generalın cənazəsinin İrana aparılacağı deyilsə də, ölüm səbəbi ilə bağlı təfərrüat verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər