Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı apardığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Borell telefon danışığında Türkiyənin baş diplomatı ilə bir sıra mühüm məsələləri müzakirə etdiyini deyib.
“Türkiyənin Ukraynanın taxıl ixracı ilə bağlı BMT sazişinin təmin edilməsində və Rusiyanın Ukraynaya təcavüzünün təsirinin azaldılmasında rolunu vurğuladım. Avropa İttifaqının sanksiyaları ilə bağlı danışıqlar apardıq və ümid edirəm ki, Türkiyə bu anlamsız müharibəni dayandırmaq üçün Rusiya üzərindəki təsirindən istifadə edə bilər”, - avropalı diplomat qeyd edib.