23 Avqust 2022 15:40
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı politoloq Aleksandr Duqinin qətlə yetirilmiş qızı, jurnalist Darya Duqinanın Moskvada Ostankino Televiziya Qülləsinin zalında dəfn mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski, Dövlət Dumasının sədr müavini Sergey Neverov, rusiyalı senator Yelena Mizulina, Rusiya parlamentinin deputatları, Duqinin ailəsi və dostları mərasimdə iştirak ediblər.

Rusiya Prezidenti Vladimir Putin və hökumət nümayəndələri mərasimə çələnglər göndəriblər.

İki saat davam edən mərasimdən əvvəl polis tərəfindən ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Mərasimdə çıxış edən Aleksandr Duqin qızı ilə son söhbətindən danışıb:

“Onunla sonuncu dəfə festivalda söhbət etmişəm. Mənə dedi ki, ata, özümü döyüşçü və qəhrəman kimi hiss edirəm, xalqımla, ölkəmin yanında olmaq istəyirəm. Bu fikir onun üçün çox vacib idi”.

Ukraynadakı müharibəyə də toxunan Duqin bunun Ukrayna ilə Rusiya arasında olmadığını bildirib: “Siyasi vəziyyətə nəzər salsaq, bu müharibə Ukrayna ilə savaş deyil. Qaranlıq və işıq arasında müharibədir”.

Çıxışlardan sonra mərasim başa çatıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər