23 Avqust 2022 21:39
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslamabad Ali Məhkəməsi Pakistan Ədalət Hərəkatı (PTI) partiyasının lideri, sabiq baş nazir İmran Xanı bir qadın hakimlə bağlı fikirlərinə görə avqustun 31-də məhkəməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Pakistan mətbuatı Xanın imkanlarının məhdud olduğunu və hakim Ziba Çaudriyə qarşı təhdidedici ifadələrinə görə üzr istəsə, cəzadan yayına biləcəyini yazır.

Keçmiş baş nazir təqsirli bilinərsə, Pakistan qanunlarına əsasən, ömürlük siyasətdən uzaqlaşdırıla bilər.

Avqustun 21-də Xana qarşı Terrorla Mübarizə Qanunu çərçivəsində “polisi və hakimi təhdid etmək” ittihamı ilə həbs etmə əməliyyatı başladılıb. Bundan sonra Xan tərəfdarları İslamabadda kütləvi etiraz aksiyalarına başlayıb.

İmran Xan siyasi karyerasında ikinci dəfədir məhkəməyə çağırılır. O, 1993-cü ildə azad və ədalətli seçki təmin etmədiyi üçün məhkəmə sisteminin fəaliyyətini “rüsvayçılıq” adlandırmışdı. Konstitusiya Məhkəməsi tərəfindən çağırılan Xan daha sonra əfv olunmuşdu.

Aprelin 10-da parlamentin etimad səsverməsində 174 “xeyr” səsi toplayan İmran Xan hakimiyyətdən uzaqlaşıb. Bir gün sonra isə parlamentdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər