5 Dekabr 2014 07:28
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, tərəflər müxtəlif sahələrdə əməkdaşlığı müzakirə ediblər.

Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, tərəflər hərbi-texniki əməkdaşlığa dair məsələləri və enerji daşıyıcılarının tədarükünün alternativ ssenarilərinin reallaşdırılması imkanlarını müzakirə ediblər.

Bayden qeyd edib ki, ABŞ Ukraynaya iqtisadi və maliyyə yardımı göstərməkdə davam edəcək.

Beynəlxalq Valyuta Fondunun vəsaitlərinin cəlb olunması məsələsinin də müzakirə mövzusu olduğu bildirilir.

Ukrayna prezidentinin mətbuat xidməti qeyd edib ki, Ukraynaya iqtisadi yardımı müzakirə etmək üçün gələn həftə ABŞ Maliyyə Nazirliyinin nümayəndə heyəti Kiyevə səfər edəcək.


Müəllif:

Oxşar xəbərlər