ABŞ Hərbi Hava Qüvvələri NATO-nun bölgədəki missiyasını gücləndirmək və alyansın şərq cinahını qorumaq üçün artıq 12 ədəd beşinci nəsil F-22 Raptor qırıcısını Polşaya yerləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə çərşənbə axşamı Lask şəhərində keçirilən brifinq zamanı ABŞ Hərbi Hava Qüvvələrinin 90-cı Qırıcı Eskadrilyasının komandiri Maykl Kendal bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Slovakiya, Estoniya, Baltik dənizi sahilləri üzərində təlim uçuşları, Almaniyaya və Avropanın cənubuna uçuşlar həyata keçirilib.
Hazırda Laskdakı bazada 12 qırıcıdan əlavə, ABŞ Hərbi Hava Qüvvələrinin 300-ə yaxın nümayəndəsi yerləşdirilib.