24 Avqust 2022 08:28
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın hakim Cananta Partiyasının deputatı Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün saxlanılıb.

Teleqraf.com xəbər verir ki, deputat Raja Sinqhin sosial şəbəkədə yayılan videoları müsəlman icması arasında ciddi narazılıq yaradıb.

Heydərabadda etiraz aksiyası keçirən minlərlə sakin onun həbsini tələb edib.

Deputata qarşı hansı ittihamlar irəli sürüldüyü açıqlanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər