24 Avqust 2022 13:53
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Deyə bilərəm ki, görüşlə bağlı danışıqlar gedir. Həmçinin Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə Azərbaycan prezidentinin köməkçisi arasında görüş keçirilib. Bu o deməkdir ki, qarşıdan gələn görüşlə bağlı danışıqlar gedir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin avqustun sonunda Moskvada mümkün görüşünə dair yayılan xəbərlərə toxunarkən bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan tərəfi belə bir görüşün nəzərdə tutulmasına dair yayılan xəbərləri təsdiqləməyib.


Müəllif: Nemət

Oxşar xəbərlər