24 Avqust 2022 13:25
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ hökuməti İranla nüvə sazişini bərpa etmək səylərini dayandırmalıdır. İsrail İranın nüvə proqramının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennet deyib.

Sabiq baş nazir məsələ ilə əlaqədar ABŞ Prezidenti Co Baydenə müraciət edib:

“Prezident Bayden və ABŞ hökumətindən xahiş edirəm ki, İranla müqavilə imzalamaqdan çəkinsinlər. Bu razılaşma terrorçu İranın dövləti və onun bölgədəki silahlı qruplaşmalarına 250 milyard dollar qazandıracaq”.

Bennet yeni nüvə sazişinin İrana bu təhlükəli proqramını daha da genişləndirməyə şərait yaracağını bildirib.

Onun sözlərinə görə, İsrail İranla yeni nüvə sazişinin imzalanmasının tərəfdarı deyil və bunun qarşısını almaq üçün əlindən gələni edəcək. Eyni zamanda, Bennet imzalanacağı təqdirdə İsrailin bu anlaşmaya əməl etməyəcəyini diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər