Hindistanın Pakistanla sərhədindəki Azad Qamu və Kəşmir ştatında yerləşən hərbi düşərgəyə hücum olub.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, naməlum silahlılar tərəfindən təşkil edilən hücumda 8 nəfərin öldüyü bildirilir. Ölənlərdən 5-i hərbçi, 2-si polis, biri isə yaraqlıdır.
Hazırda faktla bağlı araşdırmalar aparılır. Hücumun məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.
Samir