Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın Müstəqillik Günündə Kiyevə gəlib.
“Ukraynada baş verənlər bizim hamımız üçün vacibdir. Ona görə də bu gün Kiyevdəyəm. Böyük Britaniya ukraynalı dostlarımızı dəstəkləməyə davam edəcək. İnanıram ki, Ukrayna bu müharibədə qalib gələ bilər və qazanacaq”, – Boris Conson Twitterdə yazıb.
O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə fotosunu dərc edib.