Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Azərbaycan və Türkiyəyə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, bu barədə o Borjomi rayonunda meşə yanğının söndürülməsi üzrə aparılan işlərdən danışarkən deyib.
Onun sözlərinə görə, yanğının lokallaşdırılması hava şəraitindən asılıdır.
"Bu gün aviasiyaya üç təyyarə əlavə edilib. Bunun üçün Türkiyə tərəfinə, dostlarımıza təşəkkür etmək istəyirəm. Helikopterlər səhər saatlarından işləyir, lakin güclü külək səbəbindən bir neçə saat işləyə bilməyiblər. Aviasiya isə mümkün olan ən yüksək səviyyədə işləyirdi və nəticədə göz qabağındadır, yanğının mənbəyi, yayılma sahəsi azalıb", - deyə nazir bildirib.
V.Qomelauri eyni zamanda Azərbaycana da təklif edilən yardıma görə təşəkkür edib: "Mən Azərbaycan tərəfinə, dostlarımıza təşəkkür etmək istəyirəm".
Onun sözlərinə görə, yanğının Bakı-Ceyhan boru kəmərinə yaxınlaşması təhlükəsi yolxdur.