25 Avqust 2022 12:18
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmasaydı, peyvəndlərimiz olmayacaqdı”.

Teleqraf.com xəbər verir ki, bunu Avstriyada keçirilən Avropa Forumunda çıxış edən Albaniya Baş naziri Edi Rama deyib.

COVID-19 pandemiyası zamanı Türkiyənin dəstəyi və roluna toxunan Rama çıxışına bu sözlərlə davam edib:

“Geostrategiyadan danışarkən, Qərbi Balkana buraxılmamalı olan üçüncü aktorlardan da bəhs edirik. Amma ölüm-qalım məsələsinə gəlincə, Qərbi Balkanda çoxlu sayda insanın həyatını xilas edən Çin, Rusiya və Türkiyədir. Türkiyə prezidenti olmasaydı, peyvəndlərimiz olmayacaqdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər