25 Avqust 2022 17:02
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ tərəfindən Rusiyaya görə Türkiyəyə qarşı sanksiya tətbiq olunacağı barədə fikir və xəbərdarlıqlar bir müddətdir ki, səsləndirilir. Xüsusilə, Türkiyə Prezidenti Ərdoğanın avqustun 5-də Soçidə Rusiya lideri Vladimir Putinlə görüşündən sonra bu məsələ intensiv şəkildə gündəmə gətirilir”.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov ABŞ Maliyyə Nazirliyinin Rusiyaya görə Türkiyəyə sanksiya tətbiq edə biləcəyinə dair xəbərdarlığını şərh edərkən bildirib.

Analitik qeyd edib ki, Türkiyə güclü dövlətdir, beynəlxalq hüquqa daim sayğı duyub.

Onun sözlərinə görə, beynəlxalq hüquq nəyi tələb edirsə, Türkiyə onu həyata keçirəcək və hər hansı bir pozuntuya yol verməyəcək: “Amma belə xəbərdarlıqlar həm də Amerikanın Türkiyəyə qarşı təzyiq elementi kimi də qiymətləndirilməlidir. Hesab etmirəm ki, Türkiyə beynəlxalq qanunlardan kənara çıxsın. Sözsüz ki, Rusiyaya qarşı bir sıra sanksiyalar var ki, artıq hamı tərəfindən qəbul olunur, hətta Moskva ilə yaxın əlaqələri olan dövlətlər də bu sanksiyalara əməl edirlər. Türkiyə də bu məqamları qiymətləndirəcək. Düşünmürəm ki, hansısa bir məsələnin kəskinləşməsinə gediləcək”.

Oqtay Qasımov qeyd edib ki, ABŞ yeri gəldi-gəlmədi sanksiyalardan həm də silah kimi istifadə edir: “Məsələn, əslində bəhanə kimi ABŞ tərəfindən Ankaraya qarşı 2018-ci ildə sanksiyalar tətbiq edilib. Bu həm F-35 proqramı, həm də guya Türkiyənin Rusiyadan S-400 alınması ilə bağlı idi. Amma bunlar hamısı yalan və bəhanədir. O baxımdan artıq ABŞ Türkiyəyə qarşı bir neçə sanksiya tətbiq edib. Yəni belə bir təcrübə var. Amma Türkiyə təcrübəli dövlətdir və sözsüz ki, təhlükələri də nəzərə almaqla addımlarını atır”.


Müəllif: Nemət

Oxşar xəbərlər