25 Avqust 2022 18:25
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə hökuməti ordunun modernləşdirilməsi çərçivəsində ABŞ istehsalı F-35 təyyarələrinin alınması ilə bağlı referendumun ölkədə ciddi nəticələrə səbəb ola biləcəyinə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, hökumətə bağlı Federal Mülki Müdafiə İdarəsi (DDPS) tərəfindən verilən açıqlamada referendumun gələn il ABŞ-la F-35 müqaviləsinin imzalanmasını təxirə sala biləcəyi vurğulanıb.

Açıqlamada F-35-lərin tədarükünün gecikdirilməsinin ölkənin təhlükəsizlik siyasəti üçün ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

Müqavilə göstərilən müddətdə imzalanarsa, F-35-lərin 2025-ci ildə İsveçrə Hərbi Hava Qüvvələrinə təhvil veriləcəyi, bundan imtina olunacağı təqdirdə isə 2030-cu ildən etibarən ölkənin hava təhdidlərinə qarşı müdafiəsiz qala biləcəyi bildirilib.

2020-ci ildə İsveçrədə keçirilən referendumda ordunun modernləşdirilməsi təklifi səs çoxluğu ilə qəbul edilsə də, modernləşmə çərçivəsində döyüş materiallarının hansı ölkələrdən alınacağı referendum mətnində göstərilməyib.

Referendumdan sonra hökumət ABŞ-dan 36 ədəd F-35-in alınması ilə bağlı 6 milyard İsveçrə frankı (6.1 milyard dollar) dəyərində ilkin müqavilə imzalayıb.

Müxalifət partiyaları 2020-ci il referendumunda F-35-lərin alınacağına dair heç bir maddənin olmadığı səbəbi ilə məsələnin ictimai səsverməyə çıxarılmasını tələb ediblər. “F-35-ləri dayandırın” kampaniyası çərçivəsində imza toplayan müxalifət mayın 27-də referendum üçün lazım olan 100 min imzaya çatdığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər