İspaniya Ukraynaya hava hücumundan müdafiə sistemi, sursat və zirehli texnika göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın Müdafiə Nazirliyinə istinadən “El Pais” yazıb.
Hərbi yardım göndərişinə təxminən 2,5 milyon avro dəyərində olan 20-yə yaxın zirehli maşın, 75 palet səhra artilleriya sursatları və tam hava hücumundan müdafiə batareyası, həmçinin 1000 ton dizel daxildir.
Artıq həm zirehli texnika, həm də sursat Ukrayna hakimiyyətinin sərəncamındadır.
Silahdan başqa, qış üçün 30 min hərbi geyim, 15 min 600 gödəkçə, 15 min kostyum və bir neçə min əlavə geyim yükü hazırlanıb. Çatdırılma sentyabr ayına nəzərdə tutulub.