25 Avqust 2022 17:20
1 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin sərhədlərində təhlükəsizlik təmin edilənədək mübarizəmiz və əməliyyatlarımız davam edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bir daha dünyaya bəyan edirəm ki, cənub sərhədlərimizi bir başından o biri ucuna qədər 30 kilometr dərinlikdə təhlükəsizlik dəhlizi ilə təmin etməyənə qədər mübarizəmiz bitməyəcək.

İstədikləri vaxt əməliyyat keçirərək bizə “etmə” deyənlərin ikiüzlülüyünün fərqindəyik. Bu əməliyyatları davam etdirəcəyik. Bir gecə qəflətən gələ bilərik. İstənilən yerə gələ bilərik. Bizim başqalarından fərqimiz odur ki, heç kimin torpağında gözümüz yoxdur”, - Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ, Rusiya və İran Türkiyənin Suriyanın şimalında mümkün hərbi əməliyyatlarına etiraz edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər