Ukrayna Dövlət Nüvə Elektrik Şirkəti “Enerqoatom” Zaporojye Atom Elektrik Stansiyasının tarixdə ilk dəfə olaraq elektrik şəbəkəsindən ayrıldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, şirkətdən verilən açıqlamada, nüvə obyekti yaxınlığında baş verən yanğınların elektrik stansiyasını Ukraynanın elektrik şəbəkəsinə birləşdirən xətləri zədələdiyi bildirilib.
Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır.
Elektrik stansiyası martın 4-də ruslar tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları həyata keçirilir. Ukrayna və Rusiya bu hücumlarda bir-birini günahlandırır.