26 Avqust 2022 13:53
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Ukraynaya Rusiya ərazisini atəşə tutmaq üçün istifadə edilən silahlar verməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.

“Prezident Bayden bunu kifayət qədər açıq şəkildə bildirdi - o, Rusiya ərazisinə atəş açıla biləcək silahları tədarük etməyəcəyini söylədi. Hesab edirəm ki, bu, mənim hamı ilə bərabər riayət etdiyim bir prinsipdir”, - kansler bildirib.

Bununla belə, Olaf Şolz Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıb: “Gördüyümüz hər işdə məqsədimiz Ukraynanı dəstəkləməkdir, bu, müharibənin daha da genişlənməsinin qarşısını alacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər