26 Avqust 2022 16:05
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK/PYD-YPG terror təşkilatının öz sıralarından qaçaraq Türkiyənin təhlükəsizlik orqanlarına təslim olmaq istəyən 3 terrorçunu edam etdiyi üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-in koordinasiyasında Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Baş İdarəsi tərəfindən həyata keçirilən razılaşdırma əməliyyatları nəticəsində yanvarın 1-dən etibarən 74 təşkilat üzvü təhlükəsizlik orqanlarına təslim olub.

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, yerli dronlardan istifadə etməklə ölkə daxilində və xaricində həyata keçirilən əməliyyatlar nəticəsində bir çox yüksək səviyyəli üzvlərini itirən terror təşkilatında dağılma prosesi genişlənir. Baş verənləri üzvlərinin ailələrindən gizlətməyə çalışan terror təşkilatı rəhbərliyinin göstərişi ilə daxildə edamlara başlanılıb. Bu çərçivədə Suriyanın Derik bölgəsində PKK/PYD-YPG-nin sıralarında fəaliyyət göstərən terrorçular Çətin Süər, Sədat Süər və Fuad Balcakın təşkilatdan qaçaraq təhlükəsizlik orqanlarına təslim olmaq istədikləri üçün edam edildikləri üzə çıxıb.

Terror təşkilatının bu edamları gizlətmək üçün öldürülən terrorçuları “casusluq etmək”də günahlandırdığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər