26 Avqust 2022 17:07
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krımda baş verən son partlayışlar fonunda Rusiya öz döyüş təyyarələrinin qayğısına qalmaq qərarına gəlib. Təcavüzkar ölkə on təyyarəsini yarımadanın ərazisindən çıxarıb.

Teleqraf.com xəbər verir ki, “Business Insider” məlumat yayıb.

“Rusiya Ukraynadan gələcək hücumların qarşısını almaq üçün Krımdakı hərbi hava qüvvələrini geri çəkə bilər”, - məlumatda deyilir.

Rusiya artıq on təyyarəsini yarımadadan öz ərazilərinə aparıb. Bunlara 6 ədəd SU-35S və 4 ədəd MiQ-31BM hərbi təyyarəsi daxildir.

Bununla belə, məqalədə Sevastopol yaxınlığındakı Belbek aerodromunun əhəmiyyətindən bəhs edilir: “Ukraynanın cənubu və Qara dənizdə hava dəstəyinin təmin edilməsi üçün əsas nöqtə olaraq qalır”.

Məlumata görə, aerodromda 32 Rusiya qırıcısı yerləşdirilib. Bunların əsas hissəsi SU-27-lərdən ibarətdir. Az sayda SU-35S və MiQ-31BM-lər də var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər