26 Avqust 2022 17:35
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Baykar” müdafiə şirkəti Rusiyaya “Bayraktar” pilotsuz uçan aparatlarının tədarükü ehtimalını istisna edib.

Teleqraf.com xəbər verir ki, bunu BBC-nin Rusiya bölməsinə müsahibəsində şirkətin baş direktoru Haluk Bayraktar deyib.

Bayraktar pul və digər maddi dəyərlərin şirkət üçün prioritet olmadığını vurğulayıb.

“Ukrayna ilə dostluğumuz və əməkdaşlığımız uzun tarixə malikdir. Ona görə də bizə nə qədər pul təklif etsələr də, açığını desəm, indiki vəziyyətdə pilotsuz təyyarələri onlara tədarük etməyimizdən söhbət gedə bilməz”, - deyə “Baykar”ın rəhbəri jurnalistin Moskvaya pilotsuz təyyarələrin satışının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən söyləyib.

Bayraktar əlavə edib ki, onun şirkəti Ukraynanı tam dəstəkləyir və bu ölkə ilə əməkdaşlığa heç nə kölgə sala bilməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər