“Belarusun suverenliyi və müstəqilliyi toxunulmazdır. Almaniya Kansleri Olaf Şolzun bu yaxınlarda Prezident Vladimir Putinin dediyini iddia etdiyi fikirlərin heç bir önəmi yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Rusiya prezidentinin fərqli nöqteyi-nəzərini bilirəm. Amma əsas məsələ Şolzla Putinin dedikləri deyil. Əsas odur ki, bunu mən sizə deyirəm: dövlətimizin suverenliyi və müstəqilliyi toxunulmazdır”, - Lukaşenko bildirib.
Belarus lideri əvvəllər də belə saxtakarlıqlar haqda eşitdiyini qeyd edib. Şolzu “avtokrat” adlandıran Lukaşenkonun sözlərinə görə, o, Belarusun müstəqilliyinin itirilməsi barədə danışanlara qulaq asmır.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından əvvəl Şolz Putinlə danışıb. Almaniya kansleri Rusiya liderini əmin edib ki, Ukrayna ən azı yaxın 30 ildə NATO-ya üzv olmayacaq. Bununla yanaşı, Putin Ukrayna və Belarusla bağlı ilginc açıqlama verib. Onun fikrincə, Ukrayna və Belarus müstəqil dövlət olmamalıdır.
Kansler Putinlə bu söhbətini ötən günlərdə yayıb.