Ukraynanın Rusiya ərazisinə zərbə endirmək hüququ var. Amma bunun üçün ABŞ və müttəfiqlərinin silahlarından istifadəyə məhdudiyyətlər qoyulub. Bununla belə, Ukraynanın Krıma zərbələr endirməsi üçün heç bir məhdudiyyəti yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksey Melnik deyib.
“Ukraynanın Rusiya ərazisinə, o cümlədən oradakı hərbi obyektlərinə zərbələr endirmək üçün qanuni hüququ var. Krımı və ya digər müvəqqəti işğal olunmuş əraziləri nəzərə alsaq, buna heç kimin şübhəsi və ya qeyd-şərti olmamalıdır”, - Melnik vurğulayıb.
Eyni zamanda, ekspert bildirib ki, işğal olunmuş ərazilərdə “referendumlar”ın keçirilməsi Ukraynanın Rusiya hədəflərinə zərbə endirmək baxımından fəaliyyət azadlığını məhdudlaşdırmayacaq.
Melnik hesab edir ki, Ukraynanın Krımda, yaxud rus ordusunun uzaq arxa hissəsindəki hədəflərinə zərbə endirə biləcəyi silahın konkret adı və ya çapı önəmli deyil:
“Əsas budur ki, Ukraynanın bunun üçün imkanları var. Bunlar bizim diversiya qruplarımızdır, Türkiyə, Ukrayna, Amerika istehsalı olan pilotsuz təyyarələrimizdir, yaxud Ukrayna və xarici istehsal raketlərimizdir”.