Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş ABŞ prezidenti Donald Trampın Mar-a-Laqo malikanəsində axtarış zamanı 184 məxfi sənəd tapıb.
Teleqraf.com xəbər verir ki, FTB Mar-a-Laqoda axtarış aparılması ilə bağlı icazə sənədinin alınmasına dair 34 səhifəlik bəyanatı hakimə göndərib. Həmin bəyanat müəyyən hissələri silinərək və üzərindən qara xətt çəkilərək ictimaiyyətə açıqlanıb.
May ayında Trampın Floridadakı evində aparılan axtarış zamanı 15 qutu sənəd aşkar edilib.
Onun bu sənədləri Ağ Evdən çıxardığı iddia edilir.
Sənədlər arasında 67-si “konfidensial”, 92-si “məxfi”, 25-i “tam məxfi” olmaqla 184 məxfi sənəd olub.
ABŞ Baş prokuroru Merrik Qarland, axtarışdan 3 gün sonra, avqustun 8-də FTB üçün axtarış əmrini şəxsən təsdiqlədiyini bildirib.
“Birləşmiş Ştatlarda heç kim qanundan yuxarı ola bilməz”, - deyə o, bu qərarını zəruri hesab edib.