27 Avqust 2022 09:27
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz bütün müttəfiqlərin təhlükəsizlik narahatlıqlarını başa düşməliyik. Mövzu terrorçuluqdursa, xüsusən Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik"

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində Türkiyə ilə qurulan üçtərəfli mexanizm çərçivəsində Finlandiyada keçirilən görüşü müsbət qiymətləndirib.

Onun fikrincə, əsas məsələlərdən biri Türkiyə, İsveç və Finlandiyanın bir araya gələrək terrorla mübarizədə daha yaxından işləyəcəyi mexanizmi yaratmaqdır. İsveç və Finlandiya tərəfindən Madriddə razılaşdırılmış məsələlərin davam etdirilməsini alqışlayıram.

İki ölkənin üzvlüyü üçün tələb olunan ratifikasiyanı NATO-nun müasir tarixinin ən sürətli prosesi kimi qiymətləndirirəm. İsveç və Finlandiyanın alyansa qəbulu ilə bağlı təsdiq prosesini indiyədək NATO-ya daxil olan 30 müttəfiqdən 23-də tamamlanıb" - NATO-nun baş katibi qeyd edib.


Müəllif: Teleqraf.com