Tunis Polisario Cəbhəsinin lideri İbrahim Qalini qəbul etdiyi üçün Mərakeş Tunisdəki səfirini geri çağırıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Mərakeş Xarici İşlər Nazirliyi bildirib.
Verilən açıqlamada qeyd olunur ki, Mərakeşin Tunisdəki səfiri Həsən Tarık Tunisin 8-ci Afrika İnkişafı üzrə Tokio Beynəlxalq Konfransına (TICAD) qatılmaq üçün Polisario Cəbhəsinin lideri İbrahim Qalinin ev sahibliyi etməsi səbəbiylə məsləhətləşmələr üçün ölkəyə çağırılıb.
“Hər iki ölkənin daim diqqət yetirdiyi qardaşlıq münasibətlərinə xələl gətirən bu düşmən münasibəti qarşısında Mərakeş Tunisdə keçiriləcək 8-ci Tokio Beynəlxalq Afrikanın İnkişafı Konfransına qatılmamaq qərarına gəlib”,-açıqlamada qeyd edilib.
Qeyd edək ki, Tunis bu gün və səhər keçiriləcək Afrikanın İnkişafı üzrə 8-ci Tokio Beynəlxalq Konfransına (TICAD) ev sahibliyi edəcək.
Polisario Cəbhəsinin lideri Qalinin ölkəyə gəlməsi ilə bağlı Tunis hakimiyyətindən hələlik rəsmi açıqlama verilməyib. Mərakeş Xarici İşlər Nazirliyinin bəyanatı da cavabsız qalıb.