27 Avqust 2022 17:49
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada ətraf mühitə uyğun bir yanaşma ilə hazırlanan yeni qatarı işə başlayıb. Aşağı Saksoniya sakinləri indi dünyanın ilk hidrogenlə işləyən qatarını idarə edə biləcəklər.

Teleqraf.com xəbər verir ki, dayanıqlı mobillik şirkəti “Alstom” ilə həyata keçirilən layihədə 100 faiz hidrogenlə işləyən qatarlar yalnız buxar və qatılaşdırılmış su istehsal edir və adi qatarlardan səssizdir.

Problem olmadığı təqdirdə xətdə mövcud olan 15 dizel qatarının tədricən hidrogenlə işləyən avtomobillərlə əvəzlənməsi nəzərdə tutulur.

Qatarların gündə bir dəfə yanacaq doldurması kifayətdir və yalnız bir hidrogen çəni ilə 1000 km-ə qədər yol qət edə bilir.

Qeyd edək ki, Almaniyanın Frankfurt şəhəri, İtaliyanın Lombardiya bölgəsi və dörd fərqli Fransa bölgəsi üçün hidrogen qatarlarının istifadəsi də planlaşdırılır.


Müəllif: Nemət

Oxşar xəbərlər