27 Avqust 2022 16:36
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan ordusu Türkiyədən gələn immiqrantların qeyri-qanuni miqrasiyasının qarşısını almaq üçün sərhədə əlavə qoşun yeritmək qərarına gəlib. Bu gündən etibarən 300-dən çox bolqar əsgərinin Türkiyə sərhədində xidmət edəcəyi bildirilir.

Teleqraf.com xəbər verir ki, Bolqarıstan KİV-lərinin məlumatına görə, bu ilin əvvəlindən Türkiyə sərhədini keçmək cəhdləri xeyli artıb.

2022-ci ilin yanvar-iyun ayları arasında Bolqarıstanda 6600-dən çox qeyri-qanuni immiqrantın tutulduğu bildirilir.

Yunanıstan hökuməti də bu həftənin əvvəlində qeyri-qanuni miqrantlara qarşı Meriçdəki polad baryeri bütün Türkiyə sərhədinə qədər uzatmaq qərarına gəlib. Afina qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Türkiyə ilə Yunanıstan arasındakı quru sərhədində 40 kilometr uzunluğunda polad sədd çəkib və tikinti prosesi 2021-ci ilin avqustunda tamamlanıb.


Müəllif: Nemət

Oxşar xəbərlər