İngiltərədə 1 dekabr Dünya QİÇS-lə Mübarizə günündə keşiş Stiven Anderson qeyri-adi çıxışı ilə yadda qalıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Milad bayramına qədər dünya əhalisinin 90 faizinin bu xəstəlikdən xilas ola biləcəyini deyib. Andersonun sözlərinə görə, QİÇS yalnız cinsi azlıqlara mənsub xəstəlikdir.
Keşiş bundan qurtulmanın yeganə yolunun dünyadakı bütün cinsi azlıqları öldürmək olduğunu deyib. Onun sözlərinə görə, bununla bağlı "İncil"də də fikirlər var.
Samir