5 Dekabr 2014 13:06
1 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın cənub-qərbində yağan güclü qar nəqliyyatda problemlərə, elektrik enerjisində fasilələrə səbəb olub.

Sikoku adasındakı Tokusima və Exime prefekturalarından 18 kilometr məsafədə 120 avtomobil yolda qara düşüb. Güclü qar yığınları maşınların yerindən tərpənməsinə mane olur. Yerli hakimiyyət təbii fəlakət zamanı avtomobil sahibinin istəyindən asılı olmayaraq nəqliyyatın məcburi təxliyə olunması barədə yeni qəbul olunmuş qanunu tətbiq etmək fikrindədir. Qanun ilk dəfə tətbiq olunacaq.

NHK telekanalının məlumatına görə, bütün sürücülər və sərnişinlər özlərini yaxşı hiss edirlər. Вu rayonda qar örtüyünün qalınlığı 30 santimetrə çatır.

Məlumata görə, ölkənin qərb və şimal hissəsinə də güclü qar yağıb. Yaponiyanın Baş Meteorologiya Agentliyinin məlumatına görə, gün ərzində Xirosimada 57 santimetr qar düşüb. Meteoroloqlar qarın şənbə günü də yağacağı barədə xəbərdarlıq ediblər. Ölkənin bəzi rayonlarında sutka ərzində 60 santimetrədək qar yağa bilər./trend/


Müəllif:

Oxşar xəbərlər