28 Avqust 2022 08:31
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsində Türkiyənin kritik yeri var. Müharibənin mənəzərəsini Türkiyə dəyişə bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Odessa vilayəti rəhbərinin müşaviri Yuriy Dimçoqlo CNNtürk-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, taxıl dəhlizi Türkiyənin böyük uğurudur: "Bu mexanizm, bu sistem həqiqətən çox gözəl işləyir. Odessa limanına gəlib gedən gəmilərin sayı günü-gündən artır.

Türkiyə sülh nöqtəsinə çevrildi. Bu, Ukrayna üçün bir platforma oldu. Bu təməllə Rusiya doğrudan da geri çəkilmək və ya hər iki tərəf masa arxasında oturmaq istəyirsə, Türkiyə bunun üçün xüsusi ünvandır. Müharibənin dayandırılmasının səbəbi yenidən Türkiyədəki danışıqlar ola bilər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər