28 Avqust 2022 10:59
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Putinə qətllərdən yayınmağa icazə verilsə və Avropanın sərhədlərini güc yolu ilə dəyişdirmək imkanı verilsə, o bunu edəcək.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.

“Rusiya-Ukrayna müharibəsinin növbəti bir neçə ayı çətin olacaq. Putin hesab edir ki, mülayim avropalı siyasətçilərin döyüşməyə cəsarəti çatmayacaq. Bu qış biz sanksiyaları dayandırıb Rusiya nefti və qazı üçün yalvarmağa başlayacağıq. O, inanır ki, biz Ukraynanı dəstəkləməkdən yorulacağıq və ukraynalıları Kreml tiranı ilə müqavilə imzalamağa məcbur edəcəyik. Bu, dəlilik olardı. Bu amansız qol güləşində Ukrayna xalqı qalib gələcək”, - Conson bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər