Avropada son 500 ilin ən pis quraqlığına görə kartofun qiymətlərinin artacağı proqnozlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə “ Reuters” ekspertlərə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Avropa İttifaqının kartof istehsalının çox hissəsini təşkil edən Almaniya, Fransa, Hollandiya və Belçikadakı quraqlıq məhsuldarlığa ciddi təsir göstərəcək.
Fransada məhsuldarlıq 20 illik orta göstəricidən ən azı 20% aşağı ola bilər. Həmçinin, Aİ məhsul monitorinq xidməti bu həftə kartofun aylıq məhsuldarlığı proqnozunu 2,5% azaldıb, baxmayaraq ki, yenidən işlənmiş proqnoz son beş ilin orta göstəricisinə uyğun idi.