28 Avqust 2022 23:59
1 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sədr” hərəkatının lideri Müqtəda əs-Sədr İraqın siyasi partiyalarına üç gün vaxt verib və tələbi qəbul olunmayacağı halda 2003-cü ildən bəri hökumətdə yer almayan şəxslərlə anlaşacağını bildirib.

Teleqraf.com xəbər verir ki, Sədrin adından müvafiq açıqlamanı ona yaxınlığı ilə tanınan Saleh Məhəmməd əl-İraqi verib.

Əl-İraqi parlamentin buraxılması və erkən seçkiyə gedilməsindən daha vacib olan həll yolunun, başda “Sədr” Hərəkatı olmaqla ABŞ-ın işğalından sonra iqtidara gələn və hökumətdə yer alan bütün siyasi partiyalar və şəxslərin iştirak etməyəcəyi bir seçkinin keçirilməsi olduğunu bildirib. O, razılaşmanın olacağı təqdirdə Sədrin 72 saat ərzində bunu imzalamağa hazır olduğunu bildirib.

Digər tərəfdən, İraq parlamentinin sədri Məhəmməd Həlbusi siyasi böhrandan çıxmaq üçün siyasi partiyaları dialoq masasına oturmağa çağırıb.

Sədr tərəfdarları İranın dəstəklədiyi “Koordinasiya Çərçivəsi”nin Məhəmməd Şiə əl-Sudaninin baş nazirliyə namizədliyini irəli sürməsinə etiraz edirlər. Yüzlərlə Sədr tərəfdarı iyulun 27-də parlament binasına basqın edib. Eyni hal iyulun 30-da yenidən təkrarlanıb.

Müqdəta əs-Sədr ötən günlərdə açıqlama verərək, İran tərəfindən dəstəkləyən siyasi-dini qüvvələrə dialoq qapısını bağladığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər