Ukraynanın sürətli qələbəsi Rusiya müdafiə naziri Sergey Şoyqu və Prezident Vladimir Putinin qeyri-adekvat reaksiyasına səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın keçmiş hərbi prokuroru, ehtiyatda olan general-mayor Viktor Çumak deyib.
“Rusların mövqelərindən açıq şəkildə qaçmalarından sonra şərti olaraq taktiki nüvə silahlarından istifadə edilə bilər. ABŞ da xəbərdarlıq edir ki, sürətli qaçış, sürətli zərbələr müharibənin genişlənməsinə səbəb ola və düşməni təhrik edə bilər”, - general vurğulayıb.
Çumak ABŞ müdafiə naziri Lloyd Ostinin Rusiyanın bir daha heç vaxt müharibə apara bilməyəcəyi bir hala gələ biləcəyini dediyini xatırladıb:
İki ssenari var. Birincisi, Rusiya üzərində sürətli qələbə qazanılır və o dağılır. Amma bu halda bir çox risk yaranır. O cümlədən Qərb üçün...
İkincisi, “ətçəkən maşın” təkcə qoşunları yox, Rusiyanın malik olduğu bütün resursları üyüdür. Bu, Rusiyanın hərbi, iqtisadi, texnoloji və insan resurslarının tənəzzülü deməkdir”.