Kolumbiyanın Maqdalena şəhərində 2 jurnalisti qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxslər jurnalistlər - Leyner Montero, Diliya Kontreras və Xoakin Qutyerresin olduğu avtomobilə odlu silahdan atəş açıblar. Montero və Kontreras hadisə yerində ölüb, Qutyerres ağır yaralı halda xəstəxanaya yerləşdirilib.
Şəhər rəhbərliyi hadisə ilə bağlı təcili iclas çağırıb.
Leyner Montero yerli radionun rəhbəri idi.
Digər jurnalistlər bir neçə media qurumunda işləyiblər.