Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiya komandanının şəxsi heyətlə iş üzrə müavini general Yaroslav Spodarı vəzifəsindən azad edib.
Teleqraf.com bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
"Spodar Yaroslav Boqdanoviç Ukrayna Milli Qvardiya komandanının müavini vəzifəsindən azad edilsin", - dövlət başçısının imzaladığı fərmanda deyilir.
Fərman 2022-ci il avqustun 26-da imzalanıb. Onun vəzifəsindən azad olunmasının səbəbi məlum deyil.