29 Avqust 2022 17:01
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda fəaliyyət göstərən “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən tamamilə çəkildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, şiə dini-siyasi hərəkatın lideri qərarını sosial şəbəkə üzərindən elan edib.

“Siyasi fəaliyyətimi dayandırdığımı və siyasətdən tamamilə uzaqlaşdığımı bəyan edirəm. Atamın məzarı, tarixi əsərlər müəssisəsi və “Sədr ailəsi” muzeyindən başqa bütün qurumları bağlamaq qərarına gəldim”, - Sədr bildirib.

İranda yaşayan və dünən mərcilik vəzifəsinə son qoyduğunu elan edən iraqlı din adamı Kazım əl-Hairi də tənqid edən Sədr onun mərcilikdən çəkilmə qərarını öz iradəsi ilə vermədiyini deyib.

İraqda siyasi büro da daxil olmaqla, Sədrə bağlı iqtisadi və hərbi qurumlar var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər