29 Avqust 2022 17:19
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Olaf Şolz Fransa Prezidenti Emmanuel Makronun Avropa Birliyindən kənar tərəfdaşlarla daha sıx dialoq aparmağa imkan verəcək yeni “Avropa siyasi icması” yaratmaq ideyasını dəstəklədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, kansler bunun Avropanın maraqlarına uyğun olduğunu deyib.

“Qərbi Balkan ölkələri, Ukrayna, Moldova və gələcəkdə Gürcüstan Avropa Birliyinin bir hissəsi olmalıdır. Bu, Avropa Birliyinin maraqlarına uyğundur”, - Şolz qeyd edib

Onun sözlərinə görə, birlikdə AB liderlərinə ildə bir və ya iki dəfə tərəfdaş ölkələrlə əməkdaşlığın mərkəzi məsələlərini müzakirə etməyə imkan verən forum yoxdur. Şolz bunların arasında təhlükəsizlik, enerji və qlobal istiləşmə ilə mübarizə məsələlərini qeyd edib.

“Avropa siyasi icması”nın yaradılması ideyası Makron tərəfindən irəli sürülüb. O, bunda məqsədin yaxın gələcəkdə AB-yə üzv olmaq perspektivi olmayan ölkələrlə qarşılıqlı əlaqələri yaxşılaşdırmaq istəyi olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər