Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qlobal Gənclər Sammiti şəhər meriyasında davam edib.
Teleqraf.com xəbər verir ki, İƏT-in Gənclər Forumunun prezidenti Taha Ayxanın moderatorluğu ilə “Gənclər Qlobal Gündəmdə” mövzusunda keçirilən tədbirdə Tatarıstan Prezidenti Rüstəm Minnixanov iştirak edib.
Minnixanov tədbirdə Rusiya Prezidenti Vladimir Putinin sammitə göndərdiyi məktubu oxuyub.
Rusiya lideri məktubunda deyib:
“İslam dünyası dövlətləri daha ədalətli və demokratik dünya nizamının qurulması istiqamətində regional və qlobal gündəmdə olan bir çox aktual məsələlərin həllində ənənəvi tərəfdaşlarımızdır. Gənclərin belə konstruktiv, çoxşaxəli qarşılıqlı fəaliyyətlərdə getdikcə daha fəal iştirak etmələri vacibdir”.