29 Avqust 2022 22:56
2 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran rejimi bütün dünyaya yalan danışır və biz bunu sübut etmişik”.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin xarici kəşfiyyat xidmətinin (MOSSAD) keçmiş rəhbəri Yossi Koen deyib.

Onun sözlərinə görə, MOSSAD Tehranın nüvə proqramına qarşı xaricdə, o cümlədən İran ərazisinin dərinliklərində çoxlu sayda əməliyyatlar keçirib.

“İran rejimi bütün dünyaya yalan danışır və biz bunu İranın arxivlərindən əldə eydiyimiz minlərlə sənədlə sübut etmişik. Bu sənədlərlə iranlıların Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalan dediyini də təsdiqləmişik”, - Koen söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər